İdman · AZƏRTAC

“Borussiya Dortmund” “Sabah”la oyundan öncə baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Borussiya Dortmund” “Sabah”la oyundan öncə baş məşqçisi ilə müqavilənin müddətini uzadıb xəbəri üçün şəkil

Bakı, 13 oktyabr,

Almaniyanın “Borussiya Dortmund” klubu baş məşqçisi Niko Kovaçla müqavilənin müddətini uzadıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis 2029-cu il iyunun 30-dək komandaya rəhbərlik edəcək.

Onunla yanaşı, köməkçi məşqçilər Robert Kovaç və Filip Tapaloviç də Dortmund təmsilçisində fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, “Borussiya Dortmund” Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Komandalar arasında oyun oktyabrın 20-də Bakıda keçiriləcək.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑