İdman · Offsideplus.az

Kəpəz - Zirə oyununun biletləri satışda

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kəpəz - Zirə oyununun biletləri satışda xəbəri üçün şəkil
"Kəpəz" - "Zirə" oyununun biletləri satışda

Misli Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Zirə" matçının biletləri satışa çıxarılıb.

Offsideplus.az xəbər verir ki, Gəncə Şəhər Stadionunda baş tutacaq görüşün biletlərinin qiyməti 2-20 manat aralığında dəyişir.

Satışlar bu gündən "iticket.az" saytında onlayn şəkildə başlayıb.

Oktyabrın 14-dən isə arena kassalarında fiziki satışa start veriləcək.

Qeyd edək ki, oktyabrın 18-də saat 18:30-da start götürəcək matçda növbəti azarkeş rekordu gözlənilir.

"Sarı-göylər"in bu mövsüm doğma meydandakı ev oyunlarını ortalama 13 min azarkeş izləyib..

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑