"Fənərbağça"da baş məşqçi postu ilə bağlı Serxio Konseysaonun namizədliyi üzərində tam razılıq əldə olunub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbula dəvət edilib.
Bu barədə "HT Spor" məlumat yayıb.
Onun qısa müddət ərzində Türkiyəyə gələcəyi gözlənilir.
Konseysao son olaraq "Əl-İttihad" klubunu çalışdırıb. O, daha əvvəl "Portu" və "Milan" klublarında da işləyib.




