İdman · Offsideplus.az

FIFA-nın “Məktəblərdə Futbol” seminarı “Boots for All” festivalı ilə yekunlaşıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FIFA-nın “Məktəblərdə Futbol” seminarı “Boots for All” festivalı ilə yekunlaşıb xəbəri üçün şəkil
FIFA-nın “Məktəblərdə Futbol” seminarı “Boots for All” festivalı ilə yekunlaşıb

Günün proqramına meydançada təşkil olunan praktiki sessiya ilə start verilib.

Offsideplus.az xəbər verir ki, FIFA nümayəndələrinin rəhbərliyi ilə keçirilən məşğələlərdə iştirakçılar müxtəlif futbol tapşırıqlarını yerinə yetirib, nəzəri biliklərini praktikada tətbiq ediblər. Futbol məşğələlərinin təşkili, uşaqların prosesə fəal cəlb olunması və oyun əsaslı öyrənmə metodlarının tətbiqi əsas müzakirə mövzuları olub.

Daha sonra seminarın nəzəri hissəsində proqramın məktəblərdə tətbiqi, futbolun tədris prosesində istifadəsi və məşğələlərin təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sessiyalar müəllimlərin müvafiq metodologiyanı mənimsəməsinə və əldə etdikləri bilikləri gələcək fəaliyyətlərində tətbiq etmələrinə yönəlib.

Seminarın ardınca iştirakçılar “Boots for All” festivalına qoşulublar. Əyləncə xarakterli kütləvi futbol festivalında 120-dən çox uşaq iştirak edib. Festivalın açılış mərasimində çıxış edən əfsanəvi veteran futbolçu Xristo Stoiçkov futbolun uşaqların həyatındakı əhəmiyyətini vurğulayıb. O, bu idman növünün dostluq, komanda ruhu və qarşılıqlı hörmət kimi dəyərlərin formalaşmasına töhfə verdiyini qeyd edərək, uşaqları futboldan zövq almağa, daim öyrənməyə və arzularının arxasınca getməyə çağırıb.

Açılış mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək FIFA rəsmilərinə təşəkkür edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb. Daha sonra isə baş katib və AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə FIFA nümayəndələrinə xatirə hədiyyələri təqdim ediblər.

Festivalın sonunda iştirak edən hər bir uşağa FIFA tərəfindən futbol butsları hədiyyə edilib. Tədbir xatirə şəkli ilə yekunlaşıb.

Qeyd edək ki, FIFA, AFFA və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “FIFA Football for Schools” proqramı məktəblərdə futbolun inkişafını, fiziki tərbiyə müəllimlərinin peşəkar bilik və bacarıqlarının artırılmasını, eləcə də uşaqların fiziki və sosial inkişafının dəstəklənməsini hədəfləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑