“Barselona” Xulian Alvareslə bağlı məsələyə görə 602 avro cərimə ödəməli olub.
Offsideplus.az xəbər verir ki, “Atletiko Madrid” katalon klubunun müqaviləsi davam edən Alvareslə əlaqə yaratmağa çalışdığını iddia edərək İspaniya Futbol Federasiyasına şikayət edib.
Bu, “Atletiko”nun futbolçu ilə bağlı “Barselona”ya qarşı ilk belə addımı deyil. 2019-cu ildə Antuan Qrizmannla əlaqəli şikayətdən sonra “Barselona” 300 avro cərimə ödəməyə məhkum edilmişdi.






