İdman · İdman.biz

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda altı cavabsız qolla qalib gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda altı cavabsız qolla qalib gəldi xəbəri üçün şəkil

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Kubokunun qrup mərhələsinin 2-ci turunda böyükhesablı qələbə qazanıb.

İdman.Biz istinadən xəbər verir ki, Ployeşti təmsilçisi səfərdə üçüncü liqada mübarizə aparan “Proqresul Spartak”ı 6:0 hesabı ilə məğlub edib.

Azərbaycanlı müdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası dörd top fərqi ilə öndə olub.

Klinceni stadionunda keçirilən matçın hesabını 28-ci dəqiqədə Rareş Leesku açıb. Dörd dəqiqə sonra Alexandro Bran üstünlüyü artırıb. Fasilədən sonra, 57-ci dəqiqədə Leesku özünün ikinci, komandasının üçüncü qolunu vurub.

65-ci dəqiqədə meydan sahiblərinin bir futbolçusu qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan sonra “Petrolul” daha üç dəfə fərqlənib. David Paraşiv 69-cu və 85-ci dəqiqələrdə dubl edib, Leesku isə 88-ci dəqiqədə het-trikini tamamlayaraq yekun hesabı müəyyənləşdirib - 6:0.

Bu qələbədən sonra “Petrolul” Rumıniya Kubokunun B qrupunda üç xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Petrolul” növbəti oyununu oktyabrın 31-də Rumıniya Superliqasında ÇFR Kluja qarşı keçirəcək. Komanda dekabrın 2-də isə ölkə kubokunda “Sepsi” ilə qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑