FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə Bakıda ustad dərsi təşkil olunub.
Offsideplus.az xəbər verir ki, AFFA-nın dəstəyi ilə keçirilən tədbirdə Misli Premyer Liqası və milli komandaların məşqçiləri, həmçinin federasiya rəsmiləri iştirak ediblər.
Qonağa Azərbaycan milli komandasının forması hədiyyə olunub.
Fransalı mütəxəssis zəngin təcrübəsini bölüşərək uşaq və gənc futbolçuların inkişafı, akademiyadan əsas komandaya keçid və kollektivin idarə olunması kimi mövzularda müzakirələr aparıb, məşqçilərin suallarını cavablandırıb.
Qeyd edək ki, beynəlxalq təcrübə mübadiləsi məqsədi daşıyan görüş FIFA-nın dünyada məşqçilərin inkişafını dəstəkləmək missiyası çərçivəsində baş tutub.




