Çində İspaniya çempionatının (La Liqa) matçlarının yayımı dayandırılıb.
Offsideplus.az xəbər verir ki, buna "Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappenin Çinlə bağlı səsləndirdiyi qalmaqallı fikir səbəb olub.
Fransalı ulduz müsahibəsində özünü diktator kimi təsvir edən zarafatcıl şəkillərə (memlərə) münasibət bildirərkən deyib:
"Ən çox gülüşə səbəb olan mem məni Çin diktatoru obrazında göstərən idi. Dostlarımla yazışanda ondan tez-tez istifadə edirəm".
Açıqlamadan dərhal sonra Çinin üç böyük şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb. Çin Mərkəzi Televiziyasındakı (CCTV) mənbələr "The Paper" nəşrinə təsdiqləyiblər ki, Mbappenin bu sözlərinə görə ölkə ərazisində La Liqa qarşılaşmalarının nümayişi müvəqqəti dondurulub və onun iştirak etdiyi bütün reklamlar efirdən yığışdırılıb.
Bundan əlavə, Çinin "RedNote" sosial şəbəkəsi də Mbappe ilə bağlı bütün kontent və materialları nəzərdən keçirərək platformadan silməyə başladığını bəyan edib.
Söhbət bu memdən gedir:




