İdman · Apasport.az

“Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi xəbəri üçün şəkil

“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Kerrikə komandanın uğursuz nəticələrini aradan qaldırmaq üçün vaxt vermək qərarına gəlib.

Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Klub rəhbərliyi hazırkı mərhələdə mütəxəssislə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Kerrik komandanın məşqlərinə rəhbərlik edir və futbolçuları “Çelsi” ilə qarşıdakı oyuna hazırlayır.

“Mançester Yunayted”in növbəti qarşılaşmalarda göstərəcəyi nəticələr Kerrikin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, “qırmızı şeytanlar” bütün turnirlərdə keçirdiyi son 8 oyunda qələbə qazana bilməyib. Komanda son olaraq Premyer Liqada “Bornmut”a 0:3 hesabı ilə məğlub olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑