Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları komissiyalardan 344,4 milyon manat qazanıb.
Modern.az FED.az-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 milyon manat və ya 8,2% çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə banklar komissiyalardan 318,4 milyon manat qazanmışdı.
Bu il bankların komissiyalardan ən çox qazandığı ay iyul ayı (43,2 milyon manat), ən az qazandığı ay isə yanvar ayı (33,3 milyon manat) olub.
Bankların komissiya gəlirləri daha ətraflı qrafikdə:





