İdman · AZƏRTAC

Arif Əsədov: Arsen Venger dünya çempionatının təşkilatçılığından razı qalıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arif Əsədov: Arsen Venger dünya çempionatının təşkilatçılığından razı qalıb xəbəri üçün şəkil

Bakı, 27 oktyabr,

Arsen Venger bizimlə görüşdə öz həyatı, futbolçu və məşqçilik karyerası barədə danışdı. Ondan sonra isə müxtəlif istiqamətlərdə verilən sualları cavablandırdı. Suallar həm akademiyalar, həm də böyük komandalarda iş prinsipləri və yanaşmalarla bağlı idi. Tədbirdə klubların nümayəndələri, həmçinin milli komandaların məşqçiləri iştirak edirdilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə keçirilən master-klasda iştirak edən Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.

O, fransalı mütəxəssislə hər hansı mövzuda xüsusi söhbət etmədiyini bildirib: “Dünən də dünya çempionatının keçirildiyi meydançada görüşmüşdük, şəkil çəkdirdik. Amma orada hər hansı söhbət olmadı. Dünya çempionatında təşkilatçılıq yüksək səviyyədədir. Qonaq da bundan razı qalıb”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑