İdman · Offsideplus.az

Şon O'Malli: Petr Yanı məğlub edəcək bacarığım var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şon O'Malli: Petr Yanı məğlub edəcək bacarığım var xəbəri üçün şəkil
Şon O'Malli: "Petr Yanı məğlub edəcək bacarığım var"

UFC-nin bantam çəkidə çempionu Şon O'Malli Petr Yanla revanş döyüşü barədə fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, rusiyalı idmançını məğlub etmək üçün lazımi bacarıqlara sahibdir və bu dəfə rəqibinin güləş cəhdlərinə tam hazır olacaq.

"Petr əsl döyüşçüdür. Sakit, soyuqqanlı və kiçik olsa da, onu məğlub etmək çox çətindir. Amma mənim üslubum onu üstələməyə imkan verir. Lazımi bacarıqlarım var. Sadəcə güləşə hazır olmalıyam. İlk döyüşümüzdən əvvəl əla hazırlıq keçmişdim və tam sağlam idim. Bu, mənim top-10-dan olan ilk rəqibim idi və dərhal bir nömrəli döyüşçü, keçmiş çempionla qarşılaşdım. Açığı, o qədər də gözləmirdim ki, bu qısa boylu idmançı mənimlə güləşməyə çalışacaq. İndi buna hazır olacağam. Bilirəm ki, məni yerə salmağa çalışacaq. O, güləş bacarığına malikdir və Merabı da yerə salmışdı. Parterdə yaxşıdır, amma onun bacarıqları Merab Dvalişvili qədər deyil ki, mənə eyni problemləri yaşatsın. Bizi maraqlı kikboksinq döyüşü, gözəl güləş epizodları və effektli çıxışlarla zəngin qarşılaşma gözləyir".

Qeyd edək ki, 2022-ci ildə O'Malli Petr Yan üzərində hakimlərin bölünmüş qərarı ilə qələbə qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑