Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin qış mövsümünə hazırlıq baxımından digər bölgələrdən geri qaldığını bildirib.
News24.az xəbər verir ki, Zelenski sığınacaqların, məktəblərin və müdafiə qurğularının tikintisi, nəqliyyatın fəaliyyəti, eləcə də yaşayış binalarının qışa hazırlanması məsələlərinə toxunub.
“Bütün Kiyev sakinləri şəhərin qışa həqiqətən hazır olmadığını görürlər.
Sığınacaqlar, məktəblər, müdafiə qurğularının tikintisi, nəqliyyatın fəaliyyəti və evlərin hazırlanması baxımından Kiyev digər bölgələrimizdən geri qalır. Qərarlar qəbul edilməli və işlər sürətləndirilməlidir”, – deyə Zelenski vurğulayıb.
Zelenskidən ETİRAF: “Kiyev qışa hazır deyil”

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




