Sosial · News24.az

Xəzər Tibb Mərkəzində sistem çökdü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəzər Tibb Mərkəzində sistem çökdü xəbəri üçün şəkil

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xəzər Tibb Mərkəzində qeydiyyat sisteminin işləməməsi vətəndaşların narazılığına səbəb olub.

News24.az-a daxil olan şikayətə əsasən, sistem işləmədiyi üçün vətəndaşlar tələb olunan ödənişi edə bilmirlər. Ödəniş edilmədikdə də həkim müayinəsindən keçmək mümkün deyil.

Yaranan problem səbəbindən tibb mərkəzində xeyli sayda vətəndaşın gözlədiyi bildirilir.

Qeyd edək ki, ölkə üzrə üç gündür TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sistem işləmir.  Vətəndaşlar arayış, tibbi sənəd almaq, həmçinin hərbi xidmət üçün yoxlanışa getdikdə əli boş qayıdırlar. Həkimlər "gözləyin, sistem düzələcək", desə də, üç gündür problem həll olunmur.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, hələ ki, rəsmi münasibət bildirilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑