İdman · News24.az

U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəldi xəbəri üçün şəkil

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti oyununu keçirib.

News24.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq yığması ilə qarşılaşıb.

Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma bu divizionda ilk oyununda Çiliyə 1:3 hesabı ilə məğlub olub.

Azərbaycan millisi AF qrupunda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beləliklə, yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑