İdman · Futbolpress.az

A Seriyası: “Milan” evdə, “Yuventus” səfərdə xalsız qaldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
A Seriyası: “Milan” evdə, “Yuventus” səfərdə xalsız qaldı xəbəri üçün şəkil

İtaliya A Seriyasında IX turun növbəti matçları başa çatıb.

Futbolpress.az xəbər verir ki, günün əsas sensasiyalarından biri “San Siro”da yaşanıb. “Milan” öz meydanında “Bolonya”nı qəbul edib. Alfaco Sissenin dublu ilə meydan sahibləri önə keçsələr də, Samuel Mbanqula matçın qəhrəmanına çevrilib. Belçikalı hücumçunun het-triki və Davide Bartesaginin avtoqolu ilə “Bolonya” səfərdə 4:2 hesablı möhtəşəm geridönüşə imza atıb.

“Cenoa” öz evində “Yuventus”u qəbul edərək turun digər sürprizini gerçəkləşdirib. Meydan sahibləri Kinqsli Ehizibue və Tommazo Baldanzinin qolları ilə iddialı rəqibini 2:0 hesabı ilə məğlub ediblər.

“Napoli” səfərdə “Montsa”ya şans verməyib. Neapol təmsilçisi Rasmus Hoylund, Matteo Politano, Rafa Marin və Kevin de Bruynenin dəqiq zərbələri ilə rəqibini 4:1 hesabı ilə darmadağın edib. “İnter” isə “Venesiya” səfərindən iki avtoqol sayəsində 2:0 hesablı qələbə ilə dönüb.

Qeydə alınan nəticələr:

İtaliya A Seriyası

IX tur

Milan – Bolonya 2:4

Qollar: Alfaco Sisse, 14, 27 – Samuel Mbanqula, 8, 62, 86, Davide Bartesagi, 60 (avtoqol)

Parma – Udineze 0:0

Venesiya – İnter 0:2

Qollar: Matias Moreno, 79 (avtoqol), Reduan Halhal, 82 (avtoqol)

Cenoa – Yuventus 2:0

Qollar: Kinqsli Ehizibue, 12, Tommazo Baldanzi, 28

Montsa – Napoli 1:4

Qollar: Qustavo Varela, 43 – Rasmus Hoylund, 10, Matteo Politano, 48, Rafa Marin, 62, Kevin de Bruyne, 67

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑