İdman · AZƏRTAC

Kriştiano Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kriştiano Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib xəbəri üçün şəkil

Bakı, 29 oktyabr,

Dünyanın ilin ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatının təşkilatçıları tarixdə mükafata layiq görülmüş ən yaxşı futbolçunun müəyyənləşdirilməsi üçün səsvermə keçiriblər. Namizədlər sırasına “Qızıl top”u ən azı iki dəfə qazanan futbolçular daxil edilib.

AZƏRTAC xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, 2008-ci ildə “Mançester Yunayted”in formasını geyinərkən mükafata layiq görülən Kriştiano Ronaldo birinci olub. Lionel Messi 2012-ci ildə qazandığı “Qızıl top”la ikinci, Ronaldo isə 2017-ci ildəki qələbəsinə görə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Lionel Messi “Qızıl top”u səkkiz, Kriştiano Ronaldo isə beş dəfə qazanıb. Hər iki futbolçu bütün dövrlərin reytinqində ilk 14 pillə arasında yer alıb. Braziliyalı Ronaldo da 2002-ci ildə qazandığı mükafatla siyahıda təmsil olunub.

Namizədlər arasında “Qızıl top”u üç dəfə qazanan niderlandlı futbolçular Yohan Kroyff və Marko van Basten, fransalı Mişel Platini, eləcə də mükafata iki dəfə layiq görülən braziliyalı Ronaldo, almaniyalı futbolçular Frans Bekkenbauer və Karl-Haynz Rummenigge, ispanəsilli Alfredo Di Stefano və ingiltərəli Kevin Kiqan da yer alıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑