Dünya · News24.az

Tramp Atlantik okeanının adını dəyişdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Atlantik okeanının adını dəyişdi xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp okeanlardan birinin adının dəyişdirilərək “Tramp okeanı” və ya “Amerika okeanı” adlandırılmasını təklif edib.

News24.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, Tramp Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı bu fikri səsləndirib. O, Atlantik və Sakit okeanlardan birinin yeni adla tanınmasının mümkünlüyünü dilə gətirib. Təklif iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Nəşr qeyd edir ki, Tramp daha əvvəl də müxtəlif coğrafi obyektlərin adlarının dəyişdirilməsi təşəbbüsləri ilə gündəmə gəlib. Onun Meksika körfəzinin “Amerika körfəzi” adlandırılması ilə bağlı qərarı da bu müzakirələr sırasındadır.

Bundan başqa, Trampın Hörmüz boğazının adının dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirdiyi və müxtəlif ərazilərin ABŞ ilə əlaqələndirildiyi xəritələr paylaşdığı bildirilir.

ABŞ prezidentinin son açıqlamasında isə Missisipi və Hudson çaylarının adlarını dəyişdirmək niyyətində olmadığı, bu çaylara xüsusi rəğbət bəslədiyi vurğulanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑