Dünya · News24.az

Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - Video xəbəri üçün şəkil

Avstraliyanın Karrata şəhərindəki hava limanında “Qantas” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb.

News24.az xəbər verir ki, bu haqda “PerthNow” portalı məlumat yayıb.

Hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib.

Sərnişinlər “Airbus A320-232” tipli təyyarənin qanadının altından alov çıxdığını lentə alıblar.

Yanğın səbəbindən pilotlar havaya qalxma prosesini dayandırmaq və təyyarəni terminala qaytarmaq məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, yanğına mühərrikdəki nasazlıq səbəb olub.

“Qantas”ın nümayəndəsi bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən endiyini təsdiqləyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑