“Sülh sazişinin imzalanmasını 2031-ci ilə qədər təxirə salmaq planlarımızda yoxdur”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib..
“Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onun imzalanmasını 2031-ci ilə qədər, hətta 2029-cu ilə qədər təxirə salmaq planlarımızda yoxdur. Bu, sadəcə, müəyyən vaxt tələb edən bir prosesdir”, — deyə o qeyd edib.


