Dünya · News24.az

Qazaxıstanda varlı vətəndaşlar vergiyə cəlb ediləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstanda varlı vətəndaşlar vergiyə cəlb ediləcək xəbəri üçün şəkil

Qazaxıstanın Baş naziri Oljas Bektenov Nazirlər Kabinetinə bir ay ərzində ölkənin xüsusilə zəngin vətəndaşlarının vergiyə cəlb edilməsinə dair təkliflər hazırlayıb təqdim etməyi tapşırıb.

News24.az xəbər verir ki, Bektenov bu barədə hökumətin iclasında bildirib.

"Milli İqtisadiyyat Nazirliyi yeni Vergi Məcəlləsinə hədəfli dəyişikliklər paketini təkmilləşdirməli və dövlət orqanları ilə operativ şəkildə razılaşdırmalıdır. Ayrı bir məsələ isə böyük sərvət sahiblərinin vergiyə cəlb edilməsidir. Milli İqtisadiyyat və Maliyyə nazirlikləri bir ay ərzində beynəlxalq təcrübəni öyrənməli və xüsusilə varlı vətəndaşların vergiyə cəlb edilməsi ilə bağlı yanaşmaları təqdim etməlidir", — deyə o, qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑