Dünya · News24.az

Hindistanda aptek sahibi heyvan dərmanını uşaq dərmanı kimi satdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hindistanda aptek sahibi heyvan dərmanını uşaq dərmanı kimi satdı xəbəri üçün şəkil

Hindistanda aptek sahibi heyvanlar üçün nəzərdə tutulan məhsulu uşaq dərmanı adı ilə satdığına görə həbs edilib.

News24.az xəbər verir ki, “NDTV”nin məlumatına görə, 51 yaşlı Məhəmməd Sacid İbrahim Mulla baytarlıq üçün nəzərdə tutulan toniki kiçik şüşələrə dolduraraq üzərinə saxta etiketlər yapışdırıb. O, məhsulu uşaq dərmanı kimi təqdim edərək ikiqat qiymətə satıb.

Polis Surat şəhərinin Qopipura ərazisində yerləşən aptekə baxış zamanı şübhəlini saxlayıb. Onun barəsində saxta dərman hazırlamaq və insan həyatı üçün təhlükə yaradan hərəkətlərlə bağlı cinayət işi açılıb.

Polis həmin məhsulu alan və özünü pis hiss edən şəxsləri dərhal tibbi yardım almağa və hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑