Dünya · Günün Səsi

İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında vasitəçiliyə hazırdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında vasitəçiliyə hazırdır xəbəri üçün şəkil

“İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında fikir ayrılıqlarının sülh yolu ilə həllinə kömək etməyə hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, Tehranın Yəmən məsələsinə dair prinsipial mövqeyini vurğulayaraq bildirib ki, İran tərəflərin müraciəti olacağı təqdirdə, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında münaqişənin dayandırılmasına kömək etmək üçün bütün imkanlarından istifadə etməyə hazırdır.

Son 12 ildə baş verən hadisələrə toxunan Bəqai qeyd edib ki, xarici müdaxilə, hərbi yanaşma və mühasirə Yəmən böhranının həlli deyil.

XİN sözçüsü Yəmənin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, ölkənin daxili işlərinə müdaxilənin dayandırmağa, habelə Yəmənə tətbiq olunan hava və dəniz mühasirəsinə son qoymağa çağırıb.

Bəqai, həmçinin İranın yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təşviq etməsi ilə bağlı iddianı rədd edərək bildirib ki, Yəmənin silahlı qüvvələri öz maraqları və qiymətləndirmələri əsasında qərar verirlər.

O, eyni zamanda, gərginliyin artmasının tərəflərdən heç birinin maraqlarına uyğun olmadığını vurğulayıb.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑