Dünya · Ədalət

Putindən tapşırıq: Ukraynaya kütləvi hücum edilsin!

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putindən tapşırıq: Ukraynaya kütləvi hücum edilsin! xəbəri üçün şəkil

Prezident Vladimir Putin Rusiya qoşunlarına Ukraynanın hərbi sənaye kompleksi obyektlərinə və logistika mərkəzlərinə kütləvi və qrup zərbələrinin endirilməsini davam etdirməyi tapşırıb.

Adalet.az xəbər verir ki, Rusiya dövlətinin başçısı bunu Birləşmiş Qoşun Qruplaşmasının yardımçı idarəetmə məntəqəsinə səfəri zamanı bildirib.

Putin Donetsk vilayətinin bütün ərazisinə nəzarətin təmin olunmasını Rusiya qoşunlarının əsas vəzifələrindən biri adlandırıb. Onun sözlərinə görə, “Mərkəz” qoşun qruplaşmasının Dobropolye şəhərini nəzarətə götürməsi bu vəzifənin yerinə yetirilməsi istiqamətində mühüm addımdır.

Rusiya dövlətinin başçısı, həmçinin bildirib ki, Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra Rusiya ordusuna onları ölkə ərazisindən çıxarmaq və qonşu ərazidə təhlükəsizlik zonası yaratmaq tapşırığı verilib: “Məqsədimiz gələcəkdə Rusiyanın sərhədyanı ərazilərinin tam təhlükəsizliyini təmin etməkdir. Biz bunu Ukrayna ilə mümkün sülh danışıqlarının müzakirə predmetinə çevirməyi planlaşdırmırıq”, – deyə Putin vurğulayıb.

Rusiya Prezidenti, həmçinin Luqansk vilayətinin tamamilə Rusiya nəzarəti altında olduğunu bəyan edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑