Dünya · Ölkə.az

Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istədi xəbəri üçün şəkil

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalındakı paylaşımında bildirib.

"2027-ci ildə müharibə 155 milyard avroya başa gələcək. Və sizdən bizə əlavə olaraq ən azı 70 milyard avro lazımdır: müdafiəyə, silaha və bizim dayanıqlığımıza. Bu, real məbləğdir", - Zelenski Aİ liderləri ilə görüşündəki çıxışında bildirib.

Onun sözlərinə görə, əlavə maliyyələşmə Ukraynaya Rusiyanın qarşısını almağa və onun iqtisadiyyatına təzyiqi artırmağa imkan verəcək.

Zelenski həmçinin Aİ-ni 2028-ci ildən başlayaraq ittifaqın büdcəsində Ukrayna ordusunun və müdafiə texnologiyalarının Avropanın təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni nəzərə almağa çağırıb.

"Məhz Ukraynanın gücü, ordumuz və texnologiyalarımız Avropanın, eləcə də sizin təhlükəsizliyinizin təmin olunmasına kömək edir", – Ukrayna Prezidenti bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑