Dünya · Axar.az

Ukrayna ilk dəfə 2500 km məsafədəki zavodu vurdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna ilk dəfə 2500 km məsafədəki zavodu vurdu xəbəri üçün şəkil

Ukrayna Silahlı Qüvvələri oktyabrın 16-da günorta saatlarında pilotsuz uçuş aparatları ilə Xantı-Mansi Muxtar Dairəsi – Yuqra bölgəsinə hücum edib. Nəticədə Surqut rayonunda yerləşən sənaye obyektində yanğın başlayıb.

Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Ruslan Kuxaruk məlumat yayıb.

Yerli sakinlərin bildirdiyinə görə⁠, hücum zamanı Çernomırdinin adını daşıyan Surqut kondensatın sabitləşdirilməsi zavodu vurulub.

Qeyd edək ki, Surqut kondensatın sabitləşdirilməsi zavodu Rusiyada neft-qaz kondensatı qarışığının emalı üzrə ən böyük müəssisədir. Zavodun layihə gücü ildə 12 milyon ton təşkil edir. Burada avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, mayeləşdirilmiş karbohidrogen qazları (LKG) və sabit qaz kondensatı istehsal olunur. Müəssisə “Qazprom Pererabotka” şirkətinə məxsusdur.

Surqutla Ukrayna sərhədi arasındakı məsafə 2500 kilometrdir. Ukrayna Silahlı Qüvvələri ilk dəfədir ki, Xantı-Mansi Muxtar Dairəsində Rusiyanın yanacaq-energetika kompleksinə aid obyektləri vurmağa nail olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑