Hörmüz boğazında göyərtəsində 15 hindistanlı dənizçi olan MT ST 3 neft tankeri mərmi ilə vurulub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib.
Bundan əlavə, oktyabrın 14-də göyərtəsində 9 hindistanlı dənizçinin olduğu YARA J tankeri Rumıniya sahillərində pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Nazir bildirib ki, hər iki gəmidəki 24 hindistanlı dənizçi təhlükəsizdir. Hindistan hakimiyyəti vəziyyəti izləyir və ekipajların təhlükəsizliyini təmin etmək üçün gəmi şirkətləri ilə əlaqə saxlayır.

