İdman · News24.az

Ertem Şener “Sabah”ın baş məşqçisinə: “Tarix yazdınız”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ertem Şener “Sabah”ın baş məşqçisinə: “Tarix yazdınız” xəbəri üçün şəkil

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb, Türkiyə futboluna münasibətini açıqlayıb.

News24.az xəbər verir ki, mütəxəssis bildirib ki, azərbaycanlı olmasa da, Azərbaycanda çalışır və ölkə futbolunun inkişafını izləyir. O, Türkiyədə yüksək səviyyəli futbolçuların olduğunu və azarkeşlərin futbola böyük maraq göstərdiyini vurğulayıb.

Dambrauskas Azərbaycanın da futbolda öz tarixini yazmağa davam etdiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə futbolunun təcrübəsi Azərbaycan üçün nümunə ola bilər. Baş məşqçi ölkəmizdə də gələcəkdə Türkiyədəki kimi möhtəşəm azarkeş atmosferinin formalaşacağına inandığını bildirib.

Türkiyəli idman şərhçisi Ertem Şener də Valdas Dambrauskasa salam və hörmət mesajı göndərib. O, Dambrauskasın Türkiyədə iştirak etdiyi televiziya proqramlarında milyonçu ola bilməsə də, “Sabah”la tarix yazmağı bacardığını vurğulayıb.

Şener Azərbaycan futbolunda əldə olunan uğurların və “Sabah”ın nəticələrinin Türkiyədə də hörmətlə qarşılandığını bildirib.

Qeyd edək ki, “Sabah” oktyabrın 13-də Bakıda Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində “Slaviya” ilə qarşılaşacaq. Oyun saat 20:45-də başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑