Dünya · News24.az

Danimarka Rusiyaya qarşı hərəkətə keçdi - Uzaq mənzilli raketlər alınır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Danimarka Rusiyaya qarşı hərəkətə keçdi - Uzaq mənzilli raketlər alınır xəbəri üçün şəkil

“Danimarka Rusiyadan gələn təhlükəyə qarşı çəkindiricilik qabiliyyətini artırmaq məqsədilə F-35 qırıcılarında və quruda istifadə oluna bilən uzaq mənzilli qanadlı raketlər satın almaq barədə qərar qəbul edib”.

News24.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Yoppe Bruus Kopenhagendə keçirilən mətbuat konfransında bildirib.

Bruus vurğulayıb ki, Norveçin “Kongsberg” şirkətindən F-35-lər üçün “Joint Strike Missile” (JSM) və ABŞ-nin “Covenant” şirkətindən qurudan atılan “Anthem” qanadlı raketləri satın alınacaq.

Nazir bu addımın Danimarka və NATO-nun müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyini qeyd edib:

“Biz artan təhlükə reallığı ilə üz-üzəyik və buna adekvat cavab verə biləcək vəziyyətdə olmalıyıq. Bu satınalmalar özümüzü qorumaq, NATO-nu gücləndirmək və əks-zərbə endirmək qabiliyyətimizi artırmaq yolunda mühüm addımdır”.

Raketlərin çatdırılma tarixi və yerləşdiriləcəyi məkanlar barədə təfərrüat verməyən müdafiə idarəsinin rəhbəri bu qərarın birbaşa Rusiyaya qarşı çəkindiriciliyi artırmağa yönəldiyini vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑