Dünya · News24.az

Bricit Makronun ailəsinin mağazasını 36 polis qorudu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bricit Makronun ailəsinin mağazasını 36 polis qorudu xəbəri üçün şəkil

Fransada baş verən iğtişaşlar zamanı prezident Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun ailəsinə məxsus mağazanı 36 polis əməkdaşı qoruyub.

News24.az xəbər verir ki, Amyen şəhərində yerləşən şirniyyat mağazası Bricit Makronun uzaq qohumu Jan-Batist Troniyə məxsusdur.

Fransızlar istehza ilə mağazanı “Fransanın ən yaxşı qorunan mağazası” adlandırıblar.

Sosial şəbəkələrdə isə mağazanın mühafizəsi ilə bağlı müxtəlif zarafatlar yayılıb.

Qeyd edək ki, Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə məktəblilərin nümayişləri ilə başlayıb. Daha sonra aksiyalar ölkə ərazisinə yayılıb. Etirazçılar yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına da qarşı çıxıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑