Dünya · News24.az

"Biz o əli sındıracağıq" - Paşinyan özündən çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Biz o əli sındıracağıq" - Paşinyan özündən çıxdı xəbəri üçün şəkil

“Hadisənin necə başladığını gördüm. Əgər kimsə deputata zərbə vurmaq və ya başqa bir hərəkət etmək üçün əlini qaldıra biləcəyini düşünürsə, biz o əli sındıracağıq. Bunu açıq şəkildə deyirəm”.

News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində bildirib.

“Lazım gəlsə, stulla sındıracağıq. Qoy yerlərini bilsinlər. Hər şeyin bir həddi var. Onların özündənrazı nümayəndəsi tribunadan danışanda “Vətəndaş Müqaviləsi” baş verənlərə qiymət verilməsini tələb edirdi. Qiymət vermədilər, indi qoy öz hərəkətlərinin nəticələrini görsünlər.

Bundan sonra belə olacaq. Onlar nə qədər bu cür davranacaqlarsa, eyni dərəcədə sərt cavab alacaqlar”, — deyə Paşinyan qeyd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑