Dünya · Globalinfo.az

Qalibaf ABŞ-la sülh üçün yeganə şərti açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qalibaf ABŞ-la sülh üçün yeganə şərti açıqladı xəbəri üçün şəkil

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə danışıqlar prosesində irəliləyiş əldə etməyin əsas şərtini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, parlament spikeri sosial media hesabında etdiyi paylaşımda Tehranın tələblərinin vasitəçilər vasitəsilə qarşı tərəfə dəfələrlə və aydın şəkildə çatdırıldığını bildirib.

Qalibaf Vaşinqtonun təzyiq siyasətinə toxunaraq vurğulayıb ki, “yerkökü və çubuq” yanaşması İrana təsir etmək gücündə deyil.

O qeyd edib ki, danışıqlar masasında hər hansı irəliləyiş yalnız Tehranın irəli sürdüyü yeddi şərt tam yerinə yetirildikdən sonra mümkün ola bilər.

Tahir Turan
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑