Dünya · Modern.az

"WhatsApp"da faydalı YENİLİK

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"WhatsApp"da faydalı YENİLİK
"WhatsApp"da faydalı YENİLİK

"WhatsApp" messenceri mətn mesajlarında telefon nömrələrini, tarixləri, ünvanları və elektron poçt ünvanlarını avtomatik müəyyən edən yeni funksiyanı tətbiq edir.

Modern.az xəbər verir ki, yeni funksiya vasitəsilə tətbiq tanıdığı məlumatları nöqtəli xəttlə işarələyəcək və istifadəçiyə müvafiq əməliyyatları təklif edəcək.

Telefon nömrələri: nömrəni kopyalamaq, kontaktlara əlavə etmək və zəng etmək mümkün olacaq.

Tarix və saat: məlumatı təqvimə əlavə etmək, kopyalamaq və ya "WhatsApp"da yeni tədbir yaratmaq mümkün olacaq.

Ünvanlar: ünvanı kopyalamaq və xəritədə açmaq mümkün olacaq.

Elektron poçt ünvanları: poçt tətbiqində açmaq və ya kopyalamaq mümkün olacaq.

"Wabetainfo"nun məlumatına görə, bu əməliyyatların bəziləri əvvəllər də mövcud idi. Lakin yeni funksiya onların istifadəsini daha da asanlaşdıracaq.

İstifadəçi nöqtəli xətlə işarələnmiş mətnə toxunduqda mümkün əməliyyatların siyahısı ekranda görünəcək.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑