Dünya · Modern.az

Tramp Heqsetin vəzifəsində qalmağını istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Heqsetin vəzifəsində qalmağını istəyir
Tramp Heqsetin vəzifəsində qalmağını istəyir

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib və onun fəaliyyətini yüksək qiymətləndirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında danışıb.

Pentaqon rəhbərinin vəzifəsindən azad edilməsi ehtimalı ilə bağlı suala cavab verən ABŞ lideri deyib: "Xeyr, hesab edirəm ki, o, işinin öhdəsindən çox yaxşı gəlir".

Qeyd edək ki, bundan əvvəl CBS News telekanalı öz mənbələrinə istinadən Trampın müşavirləri ilə Pit Heqsetin istefaya göndərilməsi ehtimalını müzakirə etdiyini bildirmişdi.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑