Dünya · Modern.az

Türkiyədə seldə ölənlərin sayı 9-a çatdı - YENİLƏNİB

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə seldə ölənlərin sayı 9-a çatdı - YENİLƏNİB
Türkiyədə seldə ölənlərin sayı 9-a çatdı - YENİLƏNİB

Türkiyədə baş verən sel nəticəsində ölənlərin sayı artıb.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül məlumat verib.

Valinin sözlərinə görə, daha 2 nəfərin meyiti tapılıb, İstanbulda və Kocaelidə seldə ölənlərin sayı 9-a çatıb.

***

18.10.2026

Türkiyənin İstanbul və Kocaeli şəhərlərində baş verən sel, daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb.

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, seldə itkin düşən Türkmənistan vətəndaşı Murad Babacanovun meyiti tapılıb. Həmçinin Kocaelidə də bir nəfərin meyiti 13 saat davam edən axtarışlardan sonra tapılıb. Bununla da ölənlərin sayı 6-ya çatıb. Bölgədə itkin düşən digər şəxslərin axtarışı davam etdirilir.

Xatırladaq ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑