Dünya · Modern.az

Sovet tankçısı Trampa baş çəkdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sovet tankçısı Trampa baş çəkdi
Sovet tankçısı Trampa baş çəkdi

Ağ Evdə keçirilən Hellouin tədbirində sovet tankçısı geyimində olan oğlan uşağı diqqət çəkib.

Modern.az xəbər verir ki, Donald və Melaniya Trampın uşaqlara şirniyyat payladığı tədbirdə oğlan hərbi geyimdə və üzərində qırmızı ulduz olan sovet furajkasında iştirak edib.

Onunla birlikdə prezident cütlüyünə ənənəvi rus geyimini xatırladan sarafan və kokoşnik geyinmiş qız uşağı da yaxınlaşıb.

Melaniya Tramp oğlana şokolad verərək furajkasını düzəldib. Donald Tramp isə qıza şirniyyat uzadıb.

Qeyd edək ki, oktyabrın 29-da təşkil olunan tədbirə hərbçilərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və administrasiya rəsmilərinin ailələri də dəvət olunub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑