Dünya · Modern.az

Rusiya Xəzər dənizindəki bu adanı itirə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Xəzər dənizindəki bu adanı itirə bilər
Rusiya Xəzər dənizindəki bu adanı itirə bilər

Xəzər dənizinin səviyyəsinin davamlı azalması səbəbindən Rusiya Nordovıy adasını itirə bilər.

Modern.az xəbər verir ki, ada Dağıstan sahilləri yaxınlığında, Kizlyar körfəzində yerləşir. Yaşayış olmayan bu ərazi quşların məskunlaşdığı və yuva qurduğu yerlərdən biri hesab olunur. Adanın uzunluğu təxminən 2,2 kilometr, eni isə 400 metrə çatır.

Suyun geri çəkilməsi nəticəsində adanın ətrafındakı dayaz boğazlar quruyur və ərazi tədricən sahil ilə birləşir.

Xəzər dənizinin səviyyəsi azalmağa davam edərsə, Nordovıy adası qarşıdakı 20 il ərzində tamamilə quru ərazinin bir hissəsinə çevrilə bilər.

Bununla yanaşı, suyun geri çəkildiyi ərazilərdə yeni quru sahələri yarana, bəzi digər adalar isə tamamilə yox ola bilər.

Xəzər dənizinin səviyyəsinin dəyişməsi sahil xəttinin formasına, adaların mövcudluğuna və regionun ekosisteminə təsir göstərən amillərdən biridir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑