Dünya · Konkret.az

Rubio Ukraynanın “Starşild” sisteminə çıxış əldə etməməsinin səbəbini açıqladı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio Ukraynanın “Starşild” sisteminə çıxış əldə etməməsinin səbəbini açıqladı | KONKRET xəbəri üçün şəkil

Ukrayna Rusiyanın dərinliklərinə zərbələr vurmaq üçün müraciət ünvanlasa də, hələlik ABŞ-ın hərbi peyk rabitə sistemi olan Starşild-ə çıxış əldə etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio qeyd edib ki, Ukrayna tərəfi Rusiyanın dərinliklərinə zərbələr endirmək məqsədilə Starşild sistemindən istifadə üçün müraciət edib. Lakin hazırda Kiyevin bu sistemə çıxışı yoxdur.

Dövlət katibi Starlink və Starşild sistemlərinin fərqli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Starlink kommersiya məhsuludur, Starşild isə ABŞ ordusunun istifadə etdiyi müdafiə təyinatlı sistemdir.

Rubio ABŞ administrasiyasının Ukraynada Starlink-in fəaliyyətini qəsdən məhdudlaşdırdığı barədə iddiaları da təkzib edib.

“Bunun Ağ Evlə heç bir əlaqəsi yoxdur. Bu, qətiyyən doğru deyil. Ağ Evdə heç kim müəyyən pilotsuz uçuş aparatlarının sistemdən istifadə edə bilməməsi üçün internetin zəiflədilməsi və ya bağlantı sürətinin aşağı salınması barədə göstəriş verməyib”, – deyə o bildirib.

Amerikalı diplomatın sözlərinə görə, əldə etdiyi məlumata əsasən, Starlink-in fəaliyyəti artıq bərpa olunub.

“Anladığım qədərilə, sistem yenidən işləyir və əvvəlki göstəricilərinə qayıdıb”, – Rubio vurğulayıb.

Günay Əli
KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑