Dünya · Globalinfo.az

İki ölkədən sonra növbə İtaliyaya çatdı – Meloni özündən çıxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İki ölkədən sonra növbə İtaliyaya çatdı – Meloni özündən çıxdı xəbəri üçün şəkil

İtaliyada bahalaşmaya və Baş nazir Corciya Meloninin hökumətinə qarşı keçirilən etirazlar zamanı qarşıdurmalar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Milandakı nümayişçilər barrikadaları yandıraraq polislə toqquşublar.

Bolonya və Turində də gərginlik artıb.

Paytaxt Romada isə on minlərlə insan küçələrə çıxıb.

Meloni etiraz etməyin hər kəsin hüququ olduğunu, lakin şəhərləri döyüş meydanına çevirməyin hüquq sayıla bilməyəcəyini deyib.

Qeyd edək ki, hazırda Fransa və Belçikada da etirazlar davam edir.

Safura Bənnayeva
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑