Dünya · Globalinfo.az

Roma Papası əməliyyatdan sonra ilk dəfə göründü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası əməliyyatdan sonra ilk dəfə göründü xəbəri üçün şəkil

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Lev ağciyərindəki əməliyyatdan beş gün sonra ilk dəfə ənənəvi bazar günü xütbəsi ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, 71 yaşlı pontifik günorta saat 12:00-da Vatikandakı Apostol sarayının pəncərəsində görünüb.

O, Müqəddəs Pyotr meydanında toplaşan minlərlə insana müraciət edərək xütbəsini və “Mələk duası”nı tam şəkildə, fasiləsiz oxuyub.

“Mənə dua edən hər kəsə minnətdaram. Dəstəyinizi hiss edirdim”, – deyə Papa bildirib.

O, həmçinin ağciyərində erkən mərhələdə aşkarlanan düyün çıxarıldıqdan sonra müalicə aldığı “Cemelli” xəstəxanasının həkimlərinə və tibb işçilərinə xüsusi təşəkkür edib.

Safura Bənnayeva
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑