Dünya · Editor.az

Baş nazirdən ŞOK İTTİHAM: “Etirazların arxasında Rusiya və İran durur” – VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Baş nazirdən ŞOK İTTİHAM: “Etirazların arxasında Rusiya və İran durur” – VİDEO xəbəri üçün şəkil

Albaniyanın baş naziri Edi Rama ölkəni bürüyən kütləvi etiraz aksiyalarına görə Rusiya və İranı açıq şəkildə ittiham edib.

Musavat.com xəbər verir ki, Rama ölkədə gərginliyin artmasında xarici barmaq izlərinin olduğunu bildirərək, nümayişlərin Albaniyanın Avropa İttifaqına (Aİ) inteqrasiyasını əngəlləmək məqsədi daşıdığını iddia edib.

Hökumət rəhbəri çıxışında kəskin ifadələr işlədib:

“Xarici müdaxiləyə dair əlimizdə çoxlu sübutlar var… Maskaların arxasında Albaniyaya pislik arzulayanlar, ölkəmizi ələ keçirmək istəyənlər gizlənir”.

Edi Ramanın sözlərinə görə, bu aksiyalar Albaniyanın Aİ ailəsinə qoşulmasını həzm edə bilməyən xarici güclərin ssenarisidir.

Qeyd edək ki, ölkədəki etiraz dalğası hələ yay aylarında, qoruq ərazisində tikilməsi planlaşdırılan kurort layihəsi səbəbindən alovlanıb. Layihənin əsas investoru isə ABŞ prezidentinin kürəkəni Cared Kuşnerdir. Son günlər aksiyalar yeni vüsət alıb, küçələrə axışan xalq korrupsiyaya son qoyulmasını və baş nazirin dərhal istefa verməsini tələb edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑