Dünya · Azxeber.com

Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik xəbəri üçün şəkil
İran özünü müdafiə etməyə hazırdır.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, qeyd edib ki, İranın müdafiə qabiliyyəti daha da yüksəlib: "Təhdidlərə boyun əyməyəcəyik. Özümüzü müdafiə etməyə hazırlığımız əvvəlki müharibələrdən daha yüksəkdir. Təcrübə qazandıq və özümüzü müdafiə etməyə tam qadirik".
Yeni hücuma hazır olduqlarını bildirən Əraqçi, həmçinin diplomatiyaya da hazır olduqlarını təkrarlayıb. XİN rəhbəri ölkəsinin 7 mərhələli, 7 günlük planını Nyu-Yorka təqdim etdiyini deyib: "ABŞ tərəfi 7 günlük planla bağlı fikirlərini çatdırdı və biz onu araşdırırıq. İranın planı hələ də masadadır. Hörmüz boğazının açılması yolu da olduqca aydındır".   ///report///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑