Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff (Steve Witkoff) və Cared Kuşner (Jared Kushner) ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, tərəflər komandaların Floridadakı görüşünün yekunlarını və gələcək diplomatik addımları müzakirə ediblər.
Zelenski komandaların daimi təmasda olduğunu və diplomatik sahədə növbəti addımların hazırlandığını bildirib.
Ukrayna lideri vurğulayıb ki, mövcud vəziyyətdə bir çox məsələ məhz Amerikanın mövqeyindən asılıdır.
Zelenski sülhün yalnız güc və etimada əsaslanan əməkdaşlıq sayəsində mümkün olduğunu qeyd edib.
Onun fikrincə, sülhü yaxınlaşdırmaq üçün Rusiyadan başqa hər bir ölkə ABŞ-ın mövqeyinin güclü olmasını istəyir.
Bizim.Media
Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.





