Dünya · Anews.az

Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mirzoyan: Sabah Ermənistan-Türkiyə sərhədinin açıldığını eşidə bilərik xəbəri üçün şəkil
 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədin açılması prosesinin xeyli irəlilədiyini bildirərək, yaxın zamanda sərhədin açılması ilə bağlı xəbər eşitməyin mümkün olduğunu deyib.

“Biz Türkiyə ilə münasibətləri normallaşdırırıq. Sərhəd hələ də bağlıdır, amma düşünürəm ki, proses artıq xeyli yetkinləşib və sabah səhər oyanıb xəbərlərdə ‘Ermənistan-Türkiyə sərhədi açıqdır’ başlığını görməyimiz tamamilə mümkündür”, - Mirzoyan bildirib.

Nazir bu fikirləri Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin qonşu ölkələrlə əlaqələrə mümkün təsiri barədə suala cavabında səsləndirib.

Onun sözlərinə görə, Ermənistan qonşuları ilə münasibətləri Avropa siyasətindən asılı olmayaraq yaxşılaşdırmağa davam edəcək. Bununla yanaşı, Mirzoyan qeyd edib ki, ölkənin Avropa İttifaqına tamhüquqlu üzvlük hədəfinə çatması üçün qonşularla problemlərin və münaqişələrin olmaması vacibdir.

Mirzoyan Azərbaycanla münasibətlərə də toxunub. O, Ermənistanın Azərbaycanla sülh münasibətlərinin olduğunu, lakin bununla bağlı hələ bir neçə addımın atılmalı qaldığını bildirib.

Gülnar Nazimqızı 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑