Xəbər verdiyimiz kimi, Fransada həftələrdir davam edən etirazlar ölkədə gərginliyi artırıb.
Etirazlar fonunda paytaxt Parisin tüstüyə büründüyünü əks etdirən görüntülər yayılıb.
Xatırladaq ki, sentyabrda təhsil sektorundakı problemlərə görə başlayan etirazlar sonradan ölkənin digər şəhərlərinə, eləcə də İtaliya, Belçika və Albaniyaya yayılıb. Nümayişlərə həmkarlar ittifaqları və ifrat solçu hərəkatların nümayəndələri də qoşulub. Yanacağın və gündəlik tələbat mallarının bahalaşması da narazılığı artırıb.
Oktyabrın 17-də keçirilən ümumölkəmiqyaslı aksiyalarda 500 mindən çox insanın iştirak etdiyi bildirilir. Nümayişlər zamanı Paris, Lion və Marseldə polislə toqquşmalar, vandalizm və mağazaların qarət edilməsi halları qeydə alınıb.
Limoj şəhərində isə tarixi bələdiyyə binasında yanğın törədilib. Şəhərin meri Guillaume Guéret hadisəni qəbuledilməz adlandıraraq, yanğını törədənlərin planlı şəkildə hərəkət etdiyini bildirib.
Məlumata görə, etirazlar zamanı 1200-dən çox şəxs saxlanılıb.





