Dünya · Xəzər Xəbər

Makron Fransadakı aksiyalarla bağlı xalqa müraciət edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Makron Fransadakı aksiyalarla bağlı xalqa müraciət edəcək xəbəri üçün şəkil

Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib.

Bu barədə ölkənin daxili işlər naziri Loran Nunez məlumat verib.

Bildirilib ki, oktyabrın 17-də keçirilən aksiyalar zamanı baş verən qarşıdurmalarda 600-dən çox polis əməkdaşı xəsarət alıb.

Parisdə etiraz iştirakçılarından biri ürəktutması nəticəsində həyatını itirib.

Ölkə üzrə keçirilən nümayişlərə 500 mindən çox insan qatılıb. Etirazçılar yaşayış xərclərinin artmasına və dövlət xidmətlərinin vəziyyətinə etiraz ediblər.

Aksiyalar zamanı Paris, Marsel, Bordo və digər şəhərlərdə mağazalar qarət olunub, avtomobillərə və inzibati binalara ziyan vurulub.

Limoj şəhərində 143 illik meriya binası yandırılıb və ciddi dağıntıya məruz qalıb.

Fransa hökuməti zorakılıqlara görə radikal solçu qrupları və qarətlərdə iştirak edən şəxsləri günahlandırıb.

Prezident Emmanuel Makronun oktyabrın 18-də yerli xalqa müraciət edəcəyi açıqlanıb.

Baş nazir Sebastyen Lekornü isə iğtişaşlar nəticəsində dəymiş maddi ziyanın böyük olduğunu bildirib.

Hazırda zərər çəkmiş şəhərlərdə təmizlik və bərpa işləri aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑