Dünya · Modern.az

Roma Papası əməliyyatdan sonra ilk dəfə bu duanı oxudu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası əməliyyatdan sonra ilk dəfə bu duanı oxudu
Roma Papası əməliyyatdan sonra ilk dəfə bu duanı oxudu

Roma Papası XIV Lev sağ ağciyərindəki şişin çıxarılması əməliyyatından sonra ilk dəfə Apostol sarayının pəncərəsindən görünərək ənənəvi bazar günü moizəsini oxuyub.

Modern.az xəbər verir ki, o, “Mələk Rəbbi” (Angelus) duasından əvvəl çıxış edib.

Müqəddəs Pyotr meydanı papaya alqışlarla dəstək verən insanlarla dolu olub.

Moizəsi zamanı pontifik Matta İncilində fariseylərin İsanı qeysərə vergi ödəmək məsələsində çətin vəziyyətə salmağa çalışdıqları epizodu şərh edib.

Pontifik Romadakı “Cemelli” klinikasından evə buraxıldıqdan bir gündən də az müddət sonra möminlərin qarşısına çıxıb. O, oktyabrın 13-də adenokarsinoma səbəbindən sağ ağciyərinin aşağı payının çıxarıldığı əməliyyatdan sonra həmin klinikada müalicə alıb.

Papa bu günlərdə onun sağalması üçün dua edən hər kəsə təşəkkür edib və möminlərin dəstəyini hiss etdiyini bildirib. O, xüsusilə “Cemelli” klinikasının həkimlərinə, tibb bacılarına və digər əməkdaşlarına minnətdarlığını ifadə edib.

XIV Levın sözlərinə görə, yaşadığı təcrübə ona xəstəlik və zəifliklə mübarizə aparan insanlara daha da yaxın olduğunu hiss etdirib. Papa əlavə edib ki, bərpa prosesinin bu “həssas mərhələsi” başa çatdıqca, Allahın köməyinə və möminlərin dualarına arxalanaraq fəaliyyətinə tədricən qayıdacaq.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑