Dünya · Bizim.Media

Litvada TƏXRİBAT: "Starlink" avadanlığını saxlayan şirkəti yandırmaq istədilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Litvada TƏXRİBAT: "Starlink" avadanlığını saxlayan şirkəti yandırmaq istədilər xəbəri üçün şəkil

Litvada naməlum şəxslər ərazisində "Starlink" peyk rabitəsi avadanlığı saxlanılan şirkətin binasını yandırmağa cəhd ediblər.

Bizim.Media xəbər verir ki, Facebook sosial şəbəkəsində məlumat verən ölkənin Baş naziri Mindauqas Sinkyaviçyus xüsusi xidmət orqanlarının xəbərdarlığı sayəsində mühafizənin əvvəlcədən gücləndirildiyini və təxribat cəhdinin boşa çıxarıldığını bildirib.
 

Yanğın törətmək cəhdi gecə yarısından sonra baş verib. Bundan əlavə, səhər saatlarında Litva səmasında naməlum dron qeydə alınıb. Baş nazir hadisələrin sabotaj versiyası çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb.


Sinkyaviçyus sabah Milli Təhlükəsizlik Komissiyasının təcili iclasını çağırır. İclasda PUA-nın haradan uçub gəldiyi, radar göstəriciləri və tapılan qəlpələrin ekspertizası müzakirə olunacaq.

Litva hakimiyyəti xüsusi xidmət orqanlarına pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün əlavə səlahiyyətlərin verilməsi məsələsinə baxacaq.

Hökumət rəhbəri Litva xidmətlərinin düşmən dövlətlərin fəaliyyətini diqqətlə izlədiyini və əhalinin, eləcə də əmlakın mühafizəsi üçün adekvat tədbirlər gördüyünü qeyd edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑