Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması anlaşılan və məqsədəuyğun addım olardı.
Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskvaya hələlik rəsmi dəvət daxil olmayıb. Bununla belə, məsələ Qazaxıstan tərəfi ilə təmaslarda müzakirə oluna bilər.
“Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakına gəlincə, bilirsiniz ki, Rusiyada xalqları tarixi mənşəyinə görə türk olan bir sıra regionlar var”, – Peskov deyib.
Kremlin sözçüsü vurğulayıb ki, söhbət ayrı-ayrı regionların deyil, bütövlükdə Rusiya Federasiyasının təşkilatın işinə qoşulmasından getməlidir.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın TDT-yə dəvət olunmasını təklif edib.



