Aktual · AzPolitika

Rusiya Ermənistana qaz tədarükünü dayandırıb? - "Qazprom"dan açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya Ermənistana qaz tədarükünü dayandırıb? - "Qazprom"dan açıqlama xəbəri üçün şəkil

"Gazprom Armenia" şirkəti Rusiyanın "İnterfaks" agentliyinə açıqlamasında Ermənistana təbii qaz tədarükünün heç bir fasiləsiz, adi rejimdə davam etdiyini bildirib. 

"AzPolitika" xəbər verir ki, bir müddət əvvəl bəzi mətbuat orqanlarında Rusiyanın noyabrın 1-dən Ermənistana qaz nəqlini dayandırmağı planlaşdırdığına dair iddialar yayılmışdı. Lakin rəsmi qurum bu məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyib. Ermənistan demək ki, bütün qaz ehtiyacını Rusiyadan aldığı qaz hesabına təmin edir. 2025-ci ildə "Gazprom" bu ölkəyə təxminən 2,7 milyard kubmetr qaz nəql edib. Rusiya Ermənistana 1000 kubmetr qazı 177,5 dollardan satır. Bu qiymət 2026-cı ilin sonuna və ya 2027-ci ilin əvvəlinə qədər qüvvədə olan müqavilə ilə sabitlənib. Bundan başqa, İrəvan İrandan da ildə 476 milyon kubmetr qaz alır. Bu mübadilə çərçivəsində Ermənistan İrana elektrik enerjisi verir, əvəzində isə qaz alır.

Son vaxtlar Moskva ilə İrəvan arasında yaşanan siyasi gərginlik fonunda Rusiya tərəfi xəbərdarlıq edir ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) ayrılacağı və ya müttəfiqlik münasibətlərinə yenidən baxacağı təqdirdə, güzəştli qaz qiymətlərini və imtiyazlarını itirə bilər. Rusiya rəsmiləri qeyd edirlər ki, başqa ölkələrdən qaz almaq Ermənistan üçün çox baha başa gələcək. Rusiyadan gələn bu xəbərdarlıqlara baxmayaraq, Baş nazir Nikol Paşinyan hələlik qiymət artımı ilə bağlı heç bir rəsmi siqnal almadıqlarını bildirib. Lakin Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan etiraf edib ki, qaz qiymətlərinin dəyişməsi ölkə iqtisadiyyatına 5-7% və ya daha çoxuna mənfi təsir göstərə bilər. Nazir bu cür dəyişikliklərin ölkələri üçün son dərəcə arzuolunmaz olduğunu vurğulayıb.

AzPolitika.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑